Zərdabda meyvə ağacları susuzluqdan quruyur, payızlıq əkin suya görə gecikir.
Bizim.Media xəbər verir ki, Zərdab rayonunun Məlikumudlu kəndinin problemləri bitmir.
Bir ilə yaxındır ki, kəndə təsərrüfat suyunun verilməsində müəyyən fasilələr yaranırdısa, sakinlər son bir aydır tamamilə suya həsrət qalıblar.
Kəndin su problemi ilə bağlı Zərdab Suvarma Sistemləri İdarəsindən bildirilib ki, yay aylarında havaların normadan artıq isti keçməsi çay və kanallarda suyun azalmasına səbəb olub.
Bununla belə, bütün kəndlərə suyun verilməsi növbəli sistemlə təmin olunub. Suyun daimi olması üçün isə layihə hazırlanır.
Bizim.Media mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edir:
Bizim.Media