Rusiya Federasiyası subyektlərindən biri olan Buryatiyada qar yağıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya rus teleqram kanallarında yayılıb.
Yerli sakinlərin sözlərinə görə gecə yatıb, səhər oyananda görüblər ki, ətraf ağ örpəyə bürünüb.
Onlar bildirib ki, bu fəsildə qar görmək onların coğrafiyası üçün normaldır. Hidrometeoroloqlar bildirib ki, mövcud hava şəraiti yağışla əvəzlənəcək. -15 dərəcə soyuq olacaq.
Qeyd edək ki, Buryatiya Rusiyanın Asiya hissəsinin cənubunda yerləşən Sibir federal dairəsinə daxildir.
Bizim.Media