Co Bayden BMT-ni ABŞ-la səhv saldı - VİDEO

Hazırda oxunan: Co Bayden BMT-ni ABŞ-la səhv saldı - VİDEO

38147

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Co Bayden təşkilatı ABŞ ilə qarışdırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sky News” telekanalı yayıb.

"Amerika Birləşmiş Ştatları demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə edəcək. Mən bütün insanların universal hüquqlarına inanıram. Bu, millətimizin DNT-sindədir və ən əsası, bu təşkilata - ABŞ -a xasdır", amerikalı lider çıxışı zamanı deyib.

BMT-ni təsvir edərkən Bayden Amerika Birləşmiş Ştatlarını Birləşmiş Millətlər Təşkilatı ilə qarışdırıb.
 

Amerika prezidenti mütəmadi olaraq açıqlamalarında səhvlər edir. Belə ki, Əfqanıstandakı vəziyyətlə bağlı brifinqlərdən birində Bayden Amerika səlahiyyətlilərinin Kabildəki Taliban rəhbərliyi ilə, habelə Qətərin paytaxtı Daxoda bir heyətlə daimi əlaqə saxladığını söyləyib.


Daha sonra Ağ Ev prezidentin Dohanı nəzərdə tutduğunu aydınlaşdırıb. Həm də çıxışlarının birində Liviya və Suriyanı, digərində İraq və İranı, üçüncüsündə Barak Obama və Donald Trampı qarışdırıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin