Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə həftəsonu şəhid anaları və övladlarının Şuşaya təşkil olunan səfəri ilə bağlı məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Twitter” hesabında sözügedən səfərdən yeni görüntülər paylaşıb.
Belə ki, həmin gün Şəhid mayor Ramid Hacıyevin oğlu Əlinin 9 yaşı tamam olub. Balaca Əli doğum gününü Şuşa qalasında qeyd edib.
Qeyd edək ki, ziyarətçilər arasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun və Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası da olub.
Balaca Əlinin doğum günündən olan videonu təqdim edirik:
Bizim.Media
Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şəhid anaları və övladlarının Şuşaya səfər təşkil edilib.Səfər günü Şəhid mayor Ramid Hacıyevin oğlu Əlinin 9 yaşı tamam olub. Balaca Əli doğum gününü Şuşa qalasında qeyd edib. #Azərbaycan #ŞuşaSənAzadsan pic.twitter.com/SLAUlbBrr6
— Aydin Karimov (@AydinKarim2020) September 21, 2021