Tacikistanın paytaxtı Düşənbə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvlərinin dövlət başçıları üçün Dostluq gecəsinə xüsusi hazırlıq görüb.
Bizim.Media xəbər verir ki, bu məqsədlə qonaq evi meyvələrlə bəzədilib.
Fəvvarənin kənarlarına meyvələrlə dizayn verilib. Həmçinin, meyvələrdən istifadə olunmaqla xüsusi rəsmlər və təşkilatın emblemi hazırlanıb.
Dövlət başçıları parkda gəzərkən Tacikistan prezidenti Emoməli Rəhmon parkın bu cür bəzədilməsinin onlarda xoş təəssürat yaratmaq üçün olduğunu deyib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media