Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıda keçirilən yürüş başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıdakı Türk Şəhidləri abidəsi ziyarət edildikdən sonra yürüş başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakının azad olunması münasibətilə yürüş KEÇİRİLİR – FOTO+VİDEO
Ali Hərbi Məktəbin 150 nəfərlik şəxsi heyəti və hərbi orkestrinin iştirak etdiyi yürüşün marşrutu Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur heykəli olub.
Xatırladaq ki, 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.
Yürüşdən çəkilən video və fotoları təqdim edirik:
Bizim.Media