Qarabağda ermənilərə işləyən özbək bloqer kimdir? - VİDEO

Hazırda oxunan: Qarabağda ermənilərə işləyən özbək bloqer kimdir? - VİDEO

36747

Özbəkistanlı bloqer Abror Babarəhimovun erməni sevgisi onu güclü şəkildə separatçı millətin təbliğatı ilə məşğul olmağa vadar edib.

Telegramın erməni seqmentində aktiv olan Abror adlı şəxs “Kanal Beka” vasitəsi ilə Telegramın aktiv istifadəçilərindəndir. Bir çox erməni bloqerləri – Baqramyan və.s onun “qəhrəmanlığını” təbliğ etməklə öz səhifələrində haqqında yazırlar:

“Ermənistan və Qarabağda yaşayan Özbəkistanlı dostumuzun TG -yə abunə olun. Qarabağ erməniləri üçün çoxlu xeyirxah işlər görür”.



İrəvanda yaşayan Abror 1989-cu ildə Özbəkistanda anadan olub. Sonradan onun erməni seperatçılarının içinə necə düşdüyü barədə dəqiq bir məlumat yoxdur. Bloqerin bütün günü Ermənistanı təbliğ edib, Qarabağda yaşayan erməniləri vəsf etməklə keçir. Lakin buna baxmayaraq telegramda olan erməni istifadəçilərinin türkfobiyalarını boğa bilməyərək onu söydüyünə də şahid oluruq.

“Sən türksən, rədd ol buradan”, “Səndən bizə xeyir gəlməz”,- deyə qeyd edirlər. Digər ifadələr qeyri-etik olduğu üçün onları normalara uyğun qeyd edə bilmirik.


 
Abrorun videolarına nəzər saldıqda isə o məğlub olmuş, rəzil erməni əsgərlərini yalnız çəkdiyi videoçarxlarda “qəhrəman”a çevirməsinin şahidi oluruq.

Videolarının birində onun bir rəzil erməni əsgərinin boş düzənlikdə guya ki, Azərbaycanın sərhədçilərinə azərbaycan dilində “Əsgər, səsini kəs!” deyir. Qarşı tərəfdən isə səs gəlmir. 
 


Bu cür rəzil videolarla zəngin kanalı olan Abror separatçı rejimin qondarma XİN rəhbəri Samvel Babayanla görüşərək onu Ermənistan vətəndaşlığına qəbul etməyi rica edib.

O, bu barədə Facebook səhifəsində yekə bir post paylaşıb. Bloqer qeyd edir:

“Görüşə görə təşəkkür edirəm. Demək istəyirəm, sizinlə söhbət etmək çox maraqlı oldu. Pasportumu alanda görüşmək ümidi ilə”.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin