Paytaxtda baş verən yol-nəqliyyat hadisələrində hər ay orta hesabla 10 piyada həyatını itirir.
Bizim.Media xəbər verir ki, bu barədə “ARB Xəbər”də bildirilib.
Məlumata görə, 8 ay ərzində qeydə alınan 190 piyada ölümünün 80-i paytaxtdakı qəzalar zamanı baş verib.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən piyadalara XƏBƏRDARLIQ
Sürücülər bu qəzalarınn əksər hallarda piyada səhlənkarlığı səbəbindən baş verdiyini söyləsə də, piyadalar günahı keçid və zolaqların ya uzaqda quraşdırılmasında, ya da onların ümumiyyətlə olmamasında görür.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yol hərəkəti qaydaları piyadalar tərəfindən pozulan zaman baş verən qəzaların ağırlıq dərəcəsindən asılı olaraq onlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Daha ətraflı süjetdə:
Bizim.Media