Tarix elmləri namizədi, Bakı Dövlət Universitetində Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti, Real Hərəkatının aktiv üzvlərindən biri Altay Göyüşov Facebook sosial şəbəkəsinə görə işlədiyi universitetdən çıxarılıb.
Moderator.az-ın məlumatına görə bu barədə Altay Göyüşov öz Facebook səhifəsində yazıb.
Tarixçi alim Facebook statusunda bunları qeyd edib: “Deməli, bu gün universitet rəhbərliyi öz ərizəmlə işdən çıxmağımı istədi. Sonra isə dərsin ortasından auditoriyadan çıxarıldım. Səbəb isə Facebook.
Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır”.


































































































