İti kanala tullayan şəxslə bağlı araşdırmalara başlanıldı - VİDEO

Hazırda oxunan: İti kanala tullayan şəxslə bağlı araşdırmalara başlanıldı - VİDEO

36615

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.

Bizim.Media xəbər verir ki, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və  təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkədə itə qarşı zorakılıq hadisəsinin videousu yayılıb.

Videoda yetkin yaşlarında bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır.

Videounun həmin kişinin əlbiri olan başqa bir nəfər tərəfindən çəkilərək sosial şəbəkədə yayıldığı bildirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin