Sosial şəbəkə hesablarınız belə oğurlana bilər - VİDEO

Hazırda oxunan: Sosial şəbəkə hesablarınız belə oğurlana bilər - VİDEO

36606

Kibercinayətkarların sosial şəbəkə istifadəçilərinə qarşı hücumları davam edir.

Bizim.Media "Xəzərxəbər"ə istinadən xəbər verir ki, onlar istifadəçilərin sosial şəbəkə hesablarını, eləcə də kart məlumatlarını ələ keçirirlər.

Kibercinayətkarlar gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə saxta hesablar yaradılaraq vətəndaşların mesaj bölmələrinə müxtəlif linklər göndərirlər. İstifadəçilərə hansısa yarışın qalibi olduqları, smartfon və ya pul mükafatı qazandıqları bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sosial şəbəkələr bağlana bilər? - DETALLAR


Sonra göndərdikləri linkə girib kart məlumatlarını daxil etmələri istənilir. Beləliklə, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları ələ keçirilir.

Mövzuya münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, belə hallara son vaxtlar daha çox İnstaqram üzərindən rast gəlinir.

Anar Qafarov deyib ki, vətəndaşlara belə mesajlar göndərildiyi halda onlar Daxili İşlər Nazirliyi və ya nazirliyin İnstagramdakı "Polis Azərbaycan" səhifəsi ilə əlaqə yarada bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin