Sentyabrın 12-də futbol üzrə Türkiyə çempionatının IV turuna start verilib.
Bizim.Media xəbər verir ki, turun birinci günündə "Beşiktaş" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçirib.
MÖVZU İLƏ BAĞLI:
"Beşiktaş" bu futbolçunu 3 milyon avroya icarəyə götürdü - FOTO
İstanbul klubunun heyətində Miçi Batşuayi (7, 52) və Georges Kevin Nkoudou fərqlənib.
Günün digər matçında "Fatih Karagümrük" öz meydanında "Adana Dəmirspor"u 4:0 hesabı ilə darmadağın edib. "Kasımpaşa" isə səfərdə "Kayserispor"a 2:0 hesabı ilə məğlub olub. "Konyaspor"da doğma divarlar arasında "Altay"ı 3:1 hesabı ilə üşlstələyib.
Turun digər oyunları sentyabrın 12-də və 13-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 12 xalla "Beşiktaş" başçılıq edir. İkinci pillədə onunla eyni xal toplayan "Konyaspor", üçüncü pillədə isə 9 xala malik olan "Trabzonspor" qərarlaşıb.
Bizim.Media