Ermənistanın Ararat bölgəsinin sakinləri yerli şərab və araq müəssisələrindən məhsullarını almağı tələb edirlər.
Bizim.Media “SputnikArmenia”ya istinadən xəbər verir ki, Taperakan kənd idarəsinin əməkdaşı Muşeq Qazaryan kəndlilərin ötən il “Vedi Alco” ilə ilkin müqavilələr bağladıqlarını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin Qarabağa axını ÇOXALACAQ - “Vəziyyət xeyrimizə o qədər dəyişib ki...”
İndi müəssisə rəhbərliyi bütün üzümləri ala bilməyəcəyini bəyan edir və yerli zavod məhsulları qəbul etməkdən imtina edir.
Digər müəssisələr üzümü qəbul etməyə razıdır, lakin daha aşağı qiymətə. Bununla isə fermerlər razılaşmırlar.
Hazırda polis fermerləri yoldan itələyərək yolu zorla açmağa çalışır.
Bizim.Media