Binəqədi rayonunda paytaxt sakini olan bir nəfərin torpaq sahəsindən oğurluq edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər oradan dəyəri 30 min manat olan metal konstruksiyaları oğurlayaraq hadisə yerindən yayınıblar.
MÖVZU İLƏ BAĞLI:
Tovuzda aptekdən oğurluq edən şəxsin görüntüləri yayıldı - FOTO
Zərərçəkən şəxs ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) məlumat verəndən dərhal sonra hadisəni tərədən şəxslərin axtarışlarına başanılıb. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri - Zamin Fərəcov və qardaşı Cəbrayıl saxlanılıblar.
Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bizim.Media