Mingəçevirdə şəhidin oğlu intihara cəhd edib.
Bizim.Media “Unikal.org”a istinadən xəbər verir ki, sentyabrın 1-də Birinci Vətən Müharibəsi şəhidi Pənah Quliyevin 46 yaşlı oğlu Səyyaf Quliyev Mingəçevir şəhər Tibb Kollecinin damından özünü ataraq öldürməyə cəhd edib.
MÖVZU İLƏ BAĞLI:
Anaların sözləri uşaqları intihara aparır – Ölümlərin ən çox baş verdiyi MƏQAMLAR
Onun intihar etmək istəyinin qarşısı ictimaiyyətin və polis əməkdaşlarının səyləri nəticəsində alınıb.
S. Quliyev işsizlik və maddi sıxıntılar səbəbindən özünün və ailəsinin əziyyət çəkdiyini bildirib.
İntihara cəhdinin qarşısı alındıqdan sonra şəhər rəsmilərindən onun və beş nəfərlik ailəsinin taleyi ilə kimsənin maraqlanmadığını deyib.
Bizim.Media