Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkəyə xüsusilə böyük miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını alıblar.
Bizim.Media xəbər verir ki, İdarənin mətbuat xidmətindən verilən məlumata görə, Zvartnots beynəlxalq hava limanında keçirilən gömrük yoxlaması zamanı Fransa vətəndaşında 220 qramdan çox kokain aşkar edilib.
Şübhəli artıq həbs edilib və narkotik qaçaqmalçılığının bütün zəncirinin qurulması üçün araşdırma aparılır.
MÖVZU İLƏ BAĞLI:
1880-ci ildə kokaini niyə sərbəstləşdiriblər? – MARAQLI FAKTLAR
Kütləvi psixoz yaşayan ermənilər arasında narkotik maddələrə meyl günbəgün artır.
Xatırladaq ki, müxtəlif yollarla Ermənistana yardım edən xaricdə yaşayan diaspor üzvləri indi də ölkəyə narkotik maddələr daşımağa başlayıblar.
Bunu rəsmi İrəvan da etiraf edir.
Bizim.Media