Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO 

Hazırda oxunan: Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO 

35677

“Ermənistanda son bir ildə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən 1-ci kanal reportaj hazırlayıb. 

Reportajda bildirilir ki, Azərbaycan dilinin tədrisi ilə bağlı müraciətləri təmin etmək üçün Ermənistanda Azərbaycan dili Mərkəzi açılıb. Həmin Mərkəzdə Azərbaycan dilinin qrammatikası, ədəbi dili və yazılı nitqi ilə yanaşı danışıq dili də tədris ediləcək.

Tədrisə Ermənistanın şərqşünas alimləri ilə yanaşı, bu dildə yaxşı danışan erməni vətəndaşları cəlb ediləcək. 

Xəbərdən məlum olur ki, Ermənistan hakimiyyəti, müvafiq dövlət strukturları Azərbaycan dilinin erməni vətəndaşlarına öyrədilməsində maraqlıdır.

Əlbəttə, burada yalnız xoş niyyət axtarmaq olmaz. Çünki, düşmənin bizim dilimizi öyrənməsinin arxasında müxtəlif məqsədlər dayanır. 

Mərkəzin yaradıcılarından biri Aşot Movsesyan hesab edir ki, bu addım gələcəkdə Azərbaycanla mübarizədə mühüm rol oynayacaq.(konkret.az) 

Həmin videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin