İspaniyanın "Barselona" klubunda 10 nömrəli formanı geyinəcək futbolçunun adı bəlli olub.
Bizim.Media Kataloniya təmsilçisinin rəsmi Tvitter hesabına istinadən xəbər verir ki, bu forma 19 yaşlı hücumçu Ansu Fatiyə həvalə edilib.
Daha əvvəl 10 nömrəli futbolkada Fransa PSJ-sinə keçən argentinalı futbolçu Lionel Messi çıxış edib.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, 2020/2021 mövsümündə 10 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard 2020-ci ilin noyabrından dizindəki zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Bizim.Media
Our new number ?
— FC Barcelona (@FCBarcelona) September 1, 2021
Made in La Masia ?❤️
⭐️ @ANSUFATI ⭐️ pic.twitter.com/co6NcpjxOx