Lavrov erməni jurnalisti necə susdurdu? - VİDEO

Hazırda oxunan: Lavrov erməni jurnalisti necə susdurdu? - VİDEO

35036

“Əgər dəqiq olsaq, 10 noyabr bəyanatında qeyd olunan hərbi əsirlər həmin vaxta qədər əsirlikdə olanlardır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Əsirlərlə bağlı yekun qərar Rusiyadan asılı deyil” - Sergey Lavrov - VİDEO


O bildirib ki, Azərbaycandakı erməni hərbçilər 10 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar.

S.Lavrovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında, eyni zamanda, digər səviyyələrdə Azərbaycan tərəfinə siqnal göndərilir, saxlanılanların şərt irəli sürmədən azad edilməsinə çağırış edilir:

“Bu vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin