HƏKİMDƏN AÇIQLAMA - “Vaksinin sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz” - VİDEO 

Hazırda oxunan: HƏKİMDƏN AÇIQLAMA - “Vaksinin sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz” - VİDEO 

35023

Vaksinasiya prosesinin sürətləndiyi bir dövrdə ailə qurmağı və ya övlad sahibi olmağı planlaşdıran insanları koronavirus əleyhinə peyvəndin təsir imkanları maraqlandırır.

Bəzi insanlar vaksinin doğulacaq körpənin sağlamlığına mənfi təsir etdiyini düşünürlər. 

Bizim.Media xəbər verir ki, infeksionist Hicran Xıdırova vaksinin sonsuzluğa və ya doğulacaq uşağın zərər görməsinə səbəb olma ehtimallarını rədd edir. 

Həkim, ana olmağa hazırlaşan qadınlara nəinki peyvənd vurdurmaqdan qorxmamağa çağırır, əksinə, onların digərlərinə nisbətən bu prosesə daha həvəslə qoşulmalı olduqlarını deyir. Çünki vaksin yox, məhz koronavirus hamiləlik üçün risk yaradır. 
 

MÖVZU İLƏ BAĞLI:

3-cü doza normal vaxtdan daha tez VURULA BİLƏR - VİDEO


Müsahibimiz övlad sahibi olmağı planlaşdıran insanları əmin edir ki, bütün peyvəndlər kimi koronavirus əleyhinə olan vaksin də immunitet formalaşdırır və bunun sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin