3-cü doza normal vaxtdan daha tez VURULA BİLƏR - VİDEO

Hazırda oxunan: 3-cü doza normal vaxtdan daha tez VURULA BİLƏR - VİDEO

34695

“Orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərin peyvənd olunmasını tövsiyə edirik”.

Bizim.Media xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə sözügedən şəxslərin virusa yoluxma ehtimalı daha yüksəkdir:

“Təcrübəmizə əsasən orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərdə “Sinovac” peyvəndi hər hansı problem yaratmayıb. Dünyada aparılan elmi araşdırmalarla bağlı məqalələrdə hazırda bizdə də istifadə olunan “Pfizer-BioNTech” peyvəndindən geniş şəkildə istifadə edilməsini görürük.
 

MÖVZU İLƏ BAĞLI:

4 dəfə peyvənd olunan azərbaycanlı həkimdən XƏBƏRDARLIQ – “Risk var”


Həmçinin ABŞ-da böyrək köçürülən və peyvənd vurulmayan 21 yaşdan aşağı gənclər arasında araşdırma aparıldı. Bu araşdırmada da məlum olub ki, xəstələrin 40 faizinin virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

40 faizin 33 faizi isə reanimasiyaya düşüb və süni nəfəs aparatına qoşulub. Hər nə qədər özlərini qorusalar da, orqan köçürüllmüş şəxslərin virusa yoluxma ehtimalı yüksəkdir. Çünki onlar xüsusi dərman preparatları qəbul edirlər.
 

Bu preparatların təsirindən isə orqanizmin immuniteti aşağı düşür. Buna görə də belə şəxslərə biz peyvənd vurulmasını tövsiyə edirik. Təbii ki, bu, onların seçimidir”.


M. Kazımi əlavə edib ki, peyvənd orqan transplantasiyası edilmiş şəxsləri 95 faiz virusdan qoruyur:

“Qaraciyər transplantasiyası olmuş şəxslər üzərində də peyvəndlərlə bağlı araşdırmalar aparılıb. İsraildə 80-90 şəxs üzərində aparılan araşdırmaya əsasən peyvənd bu şəxsləri 95 faiz hallarda koronadan qoruyur. Hətta tövsiyə xarakterli yazı da yayımladılar ki, onlara peyvəndin III dozası normalda qeyd olunan vaxtdan daha tez vurulsun”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin