Çinin cənubundakı Kunming şəhərində yarımçıq qalan 15 göydələn eyni vaxtda sökülüb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli The Paper nəşri məlumat yayıb.
Binanın sinxron sökülməsi avqustun 27-də Bakı vaxtı ilə saat 11:30-da baş verib.
Şirkət rəhbəri yeddi il tikintini başa çatdıra bilmədiyi üçün binalar sökülüb. Partlayışa hazırlıq 23 avqustda başlayıb və 4 gün davam edib. Sökülmədən əvvəl yaxınlıqdakı mağazalar və yollar bağlanıb, insanlar binalardan təxliyə edilib.
Hüquq-mühafizə orqanlarının, yanğınsöndürmə xidmətinin əməkdaşları və təcili yardım perimetr boyunca növbətçilik çəkib.
Bizim.Media