Prodüser Tarix Əliyev (Tolik) müğənni Elnarə Xəlilovanın illər əvvəl verdiyi müsahibəni yayımlayıb.
Bizim.Media xəbər verir ki, Tolik ifaçının "Törəmək üçün doğulmuşam" sözlərinə "Allah bütün analara övlad dünyaya gətirmək xoşbəxtliyi nəsib etsin. Amma qadın yalnız törəmək üçün dünyaya gəlib? Elnarə yaxşı anadır, sənətini uşaqlarına qurban verib" reaksiyasını verib.
Prodüserin bu fikirlərinə Elnarə biganə qalmayıb. O, həmin şərhi yayımlayaraq fikirlərini bölüşüb:
"8 il bundan öncə olan müsahibəm indi yadınıza niyə düşdü, Tarix bəy? Bir düşünək... Ad günüm də deyil ki, deyim yadına düşmüşəm. Bilirəm, hamısı böyük sevgidəndir... Bəlkə yeni klipim çıxacaq ona görə yadınıza düşmüşəm? Axı diqqəti başqa yerlərə yönəltmək lazımdı, analıq filan.
Əgər siz belə şeylərə əl atmağa başlamısızsa, demək ki, hər şey qaydasındadır və mən düz yoldayam. "Komplimentlərə" görə də təşəkkür.
Çünki mən bir çoxlarından fərqli olaraq həqiqətən yaxşı anayam.
Bir çoxlarına nümunəyəm. O ki, qaldı qurbanlara - ayda bir mahnı çıxaran və 2 ayda bir klip çəkən adam heç vaxt sənətini qurban verə bilməz. Varsa, misal çəkə biləcəyin mənim kimi məhsuldar sənətçi çək. Analığımla rəqabətə ümumiyyətlə girə bilməzlər".
Bizim.Media