Moskvanın Vnukovo hava limanında gömrük nəzarətindən kənar 36 milyon rubl dəyərində qızıl-ziynət əşyaları keçirən Azərbaycan əsilli iş adamı saxlanılıb.
Bizim.Media xəbər verir ki, saxlanılan şəxsin iş adamı, tikinti maqnatı hesab olunan Mehrac Babayevin oğlu Ziya Babayev olduğu məlum olub.
Vnukova hava limanının gömrük xidmətinin mətbuat katibi Sofya Latanın açıqlamasına görə, Ziya Babayev 36 milyon rubl dəyərində lüks brendlərə aid saatları, qızıl-ziynət əşyalarını gömrük bəyannaməsində qeyd etmədən “yaşıl dəhliz”dən qanunsuz yolla keçirməyə çalışıb.
Lakin gömrük əməkdaşları Babayevin gizli yolla keçirməyə çalışdığı bütün bahalı məhsulları müsadirə ediblər.
Xatırladaq ki, Mehrac Babayevin adı Bakıda jurnalistlər üçün tikilmiş binanın tikintisi prosesində baş vermiş qanunsuzluqlarla bağlı aparılan istintaq araşdırmasında da hallanır.
Bizim.Media