Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonu ərazisində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbr verir ki bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Avqustun 24-də saat 14:35-də nazirliyin 112 - qaynar telefon xəttinə Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın barədə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Heydər Əliyev prospektindəki yanğın söndürüldü
Saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınıb. Cəmi doqquz dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılan yanğın saat 15:00-da tam söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplast materialdan ibarət üzlük 250 kvadratmetr sahədə yanıb.
Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.
Bizim.Media