Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Əfqanıstandan Azərbaycana gələn miqrantların Bakıda aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov yayıb.
Onun sözlərinə görə, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib.
“Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz şəkildə təşkil olunduğundan polis əməkdaşları onlarla profilaktik söhbət aparıb. Daha sonra isə aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, - nazirlik sözçüsü vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
13:58 / 23.08.2021
Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd etdilər - VİDEO
Hazırda oxunan: Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd etdilər - VİDEO
Hazırda oxunan: Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd etdilər - VİDEO
33860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.