Son günlər COVID-19-a yoluxanların sayının artması ilə əlaqədar həkimlər həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, virusa yoluxanların əksəriyyəti peyvənd olunmayanlardır.
İlk dozalardan əldə olunan immunitetin daha uzun müddətli olması məqsədi ilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanılıb.
“Xəstəxanamızda yatan xəstələrin sayı 8-10 dəfə yüksəlib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Yeni Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib:
MÖVZU İLƏ BAĞLI:
3-cü doza ilə bağlı Operativ Qərargah rəsmisindən AÇIQLAMA - VİDEO
“Reanimasiya şöbəsində də xəstələrin sayı durmadan artır. Artıq o həddə gəlib ki, bir rezerv yataqlarımızı da açmağa məcburuq”.
Hazırda ölkə əhalisinin cəmi 24%-i vaksinasiya olunub. Bu da virus zəncirinin qırılması üçün kifayət edən rəqəmlər deyil.
Pandemiyaya qalib gəlməyin yeganə yolu kütləvi vaksinasiyadır. Əgər ölkə əhalisinin 80%-i vaksinasiya olarsa, o zaman normal həyata qayıdışdan söhbət gedə bilər.
Bizim.Media