Ermənistanın paytaxtı İrəvan şəhərində aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaranıb.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiyaçılar qanunsuz olaraq çoxmərtəbəli binanın tikilməsinə etiraz ediblər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan müharibəyə hazırlaşır? - YENİ FAKT
Etirazçılar İrəvan meri Hayk Marutyanın əraziyə gəlməsini tələb ediblər.
Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, bir neçə etirazçı polis bölməsinə aparılıb.
Bizim.Media