1932-ci ildə Şah Rza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanan əsa hərraca çıxarılıb.
Bizim.Media “Hürriyet”-ə istinadən xəbər verir ki, 92 santimetr uzunluğunda olan əsa auksion evində satışa qoyulub.
Belə ki, Atatürk təsvirinin yanında Şah Rza Pəhləvi, Cəmşid, Keykavus və Bəhram kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.
Auksionu təşkil edən Hüseyn Qocabaş hərraca çıxarılan əsasının ən dəyərli və seçilən bir sənət əsəri olduğunu vurğulayıb.
Bizim.Media