Ermənistan parlamentinin spikeri müxalif fraksiyadan olan deputatı günün sonuna qədər zaldan qovub.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, spikerin zaldan qovduğu Anna Mkrtçyanın hökuməti tənqid etməsi və Paşinyanı “kapitulyant” adlandırması olub.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamentində qadağa – ZƏRBƏ JURNALİSTLƏRƏ DƏYDİ
Alen Simonyan bu çıxışa dərhal reaksiya göstərərək parlamentarinin mikrofonunu söndürməyi tələb edib. Anna Mkrtçyan isə artıq çıxışını bitirdiyindən kürsüdən uzaqlaşıb. Müxalif fraksiyalı deputatlar həmkarlarını müdafiə etməyə çalışsalar da, spikerin fəaliyyətini hüquqa zidd adlandırsalar da, Simonyan bildirib ki, “Bu qərarı mən verirəm”.
Spiker müxalif fraksiyanın deputatlarını bundan da sərt tədbirlər görəcəyi ilə hədələyib.
Bizim.Media