Belarus Prezidenti hesab edir ki, Ukraynanın dost olmayan hərəkətləri səbəbindən əlləri “açılıb” və buna görə də Budapeşt Memorandumunun maddələrinə “riayət etməmək” olar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.
Mənbə yazır ki, Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi Minskin Krımı nə vaxt Rusiya Federasiyasının bir hissəsi kimi tanıyacağını deyib.
"Lukaşenko Krımı nə vaxt tanıyacaq? Mən açıq şəkildə cavab verirəm: Rusiyadakı son oliqarx Krımı tanıyanda və oraya məhsul tədarük etməyə başlayanda, məsələ mənimlə “paslaşmayacaq”. Lukaşenko Minskdə jurnalistlər və ictimaiyyət nümayəndələri qarşısında çıxışı zamanı belə deyib.
Prezidentin sözlərinə görə, Krım və digər məsələlər baxımından Ukraynanın dost olmayan hərəkətləri səbəbindən əlləri "açılıb", Ukrayna görün xaricdə nə edir?.
“Deyirlər ki, Lukaşenko Krıma nə vaxt uçacaq? Məkanı bağladınız, Ukraynadan keçə bilmirəm. Ağılsızlar”, deyə Lukaşenko əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
17:28 / 09.08.2021
Lukaşenko Krımı Rusiyanın ərazisi kimi nə vaxt tanıyacağını dedi – VİDEO
Hazırda oxunan: Lukaşenko Krımı Rusiyanın ərazisi kimi nə vaxt tanıyacağını dedi – VİDEO
Hazırda oxunan: Lukaşenko Krımı Rusiyanın ərazisi kimi nə vaxt tanıyacağını dedi – VİDEO
31916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.