Yanğınsöndürənlərimiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO

Hazırda oxunan: Yanğınsöndürənlərimiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO

31760

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər.

Bizim.Media xəbər verir ki, 5 avqust 2021-ci il tarixində Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.
 

MÖVZU İLƏ BAĞLI:

Yanğınsöndürənlərimiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO


Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub.

Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.

Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər.

Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.

Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin