“Livenews.am” xəbər agentliyinin əməkdaşları iki hissədən ibarət bir video yayımlayıblar. Onların bu videosu Ermənistan cəmiyyətində böyük ajiotaj doğurub.
Bizim.Media xəbər verir ki, videonun birinci hissəsində general-leytenant Manvel Qriqoryanın protokolu pozaraq Türkiyənin marşı çalınarkən etiraz olaraq cərgəni tərk etdiyi arxiv görüntüləri təqdim olunur.
Kadrarxası mətndə deyilir ki, “Türklər bunun üçün bir erməni generalı bağışlaya bilərmi?”
Videoda daha sonra deyilir: “2018 -ci ildə İrəvanda “məxməri inqilab” baş verdi və nəticədə türk agentləri (“Omeqa” və “Çaqqal”) hakimiyyətə gəldi. Onların ilk işi Manvel Qriqoryana qarşı gülünc cinayət işinin açılması oldu.
General Qriqoryan iki il həbsdə saxlanıldı, nəticədə səhhəti pisləşdi və 2020-ci ildə öldü.
Videonun ikinci hissəsində hakim Vətəndaş Müqaviləsi Partiyasından olan millət vəkili, oliqarx Xaçatur Sukiasyan (“Grzo”) parlament də daxil olmaqla, dəfələrlə türk təşkilatı “Boz Qurd”ların simvolunu nümayiş etdirir və bunları deyir: “Çox istedadlı və çeviksən, gəl və hakimiyyəti ələ al!”.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
23:55 / 06.08.2021
Türklər erməni generalı bu səhvinə görə bağışlamadı - VİDEO
Hazırda oxunan: Türklər erməni generalı bu səhvinə görə bağışlamadı - VİDEO
Hazırda oxunan: Türklər erməni generalı bu səhvinə görə bağışlamadı - VİDEO
31545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.