Bakı sakininin dələduzluqla ələ keçirilən 127 min manatı geri qaytarıldı – VİDEO

Hazırda oxunan: Bakı sakininin dələduzluqla ələ keçirilən 127 min manatı geri qaytarıldı – VİDEO

31118

Bakı şəhər sakini Babək Əliyevin 127 min manat pulunun biznes qurmaq adı ilə Quliyev Sirac Kazım oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciətinə Suraxanı rayon prokurorluğunda baxılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayon prokurorluğunda müraciət əsasında cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq edilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və eləcə də vətəndaşa dəymiş zərərin ödətdirilməsi təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

115 min manatlıq dələduzluqla bağlı araşdırma aparılır


Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Babək Əliyevin qardaşı Rafiq Əliyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin