Sevda Əliqızından Əli Mirəliyevə SƏRT SÖZLƏR - VİDEO

Hazırda oxunan: Sevda Əliqızından Əli Mirəliyevə SƏRT SÖZLƏR - VİDEO

31077

Sözüm Əli Mirəliyevədir. Bəs olmadı sənə təhqirlər, nə vaxta qədər təhqir edəcəksən? Nə vaxta qədər özünü belə aparacaqsan? Mənim sənə bir balaca hörmətim vardı, amma onu da sildin. Nəinki mənim, çox adamın hörmətini qazana bilməmisən.

Ona görə də sən indinin özünə qədər Səməd (red. - Xalq artisti Səməd Səmədov) haqqında ağzına gələni danışırsan. Ayıb deyil sənin üçün? Hanı sənin şərəfin, ləyaqətin? Axı sən Səmədin evində oturub çörək kəsmisən, yemisən. Səməd sənin evinə gəlib çörək kəsməyib.
 

Nə verib ala bilmirsən Səməddən? Sən də artıq 70-i haqlamısan. Öləndə nə aparacaqsan özünlə? İnsan öləndə özü ilə rəhmət aparır, başqa heç nə.


Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqı instaqramda yaydığı videoaçıqlamada bildirib.

Müğənni qeyd edib ki, Əli Mirəliyev ölümündən sonra Xalq artisti Səməd Səmədov haqqında danışmağa davam edir:

“Sağlığında Səməd haqqında nələr söylədin, öləndən sonra heç olmasa “Allah rəhmət eləsin” deyərdin. Axı sən onun ailəsi haqqında bilmədən niyə danışırsan? Deyirsən ki, həyat yoldaşı onu qoyub gedib. Xeyr, mən bu ailənin içində olduğuma görə deyirəm ki, İradə xanım ona çox gözəl yoldaş olub.

İllərlə qayğısına qalıb. Bacısı Türkiyədə yaşayır, onun yanına gedən zaman dəfələrlə Səmədə dedi ki, at bu şou proqramları, toyları, gəl mənimlə gedək, burada tək qalma, mən səni yalnız qoymaq istəmirəm.
 

O da and-aman etdi ki, yaxşıyam, sağlamam, sən get. Niyə bilmədiyiniz şeyi danışırsınız? Sən gəlib onun qəbri üstündə göz yaşı tökürsən, deməli bunların hamısı artistlik imiş?! Üç gün keçəndən sonra isə arxasınca danışırsan.


Bu, kişiliyə yaraşandırmı? Dirisindən əl çəkmədin, heç olmasa ölüsündən əl çək. Sənin nə sənətin, nə mədəniyyətin, nə mənəviyyatın, nə də insanlara xas olan nəyinsə var. Səmədin sənə verdiyi çörəyə heyif”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin