Haitinin öldürülən prezidentinin xanımı CNN-ə təfərrüatları danışdı - VİDEO

Hazırda oxunan: Haitinin öldürülən prezidentinin xanımı CNN-ə təfərrüatları danışdı - VİDEO

31023

Keçən ay Haiti prezidenti yataq otağında vəhşicəsinə öldürüləndə bu hadisəni görən yalnız bir şahid olub və onu hamıdan yaxşı tanıyıb. Haitinin birinci xanımı Martina Mois iyulun 7-də əri Hovenel Moisin cəsədinin yanında yerdə qan içində aşkar edilib.

Bizim.Media xəbər verir ki, Cənubi Floridada ötən bazar günü CNN telekanalına verdiyi müsahibədə hələ də qolundan çiyninədək sarıqlı olan xanım Mois hücumun təfərrüatlarını danışıb və cinayətin açılması üçün dünyadan kömək istəyib. 

"Biri əmr, biri isə pul verdi. Onlar axtardığımız insanlardır. BMT Təhlükəsizlik Şurası bu insanların tapılmasına kömək etməlidir”, deyə o, qeyd edib.

Xanım Mois ərinin öldürülməsinin yeganə şahididir. Təcavüzkarlar prezidentin mənzilinə girəndə onun dirsəyi və çiyni güllə yarası alıb. 

İlk dəfə o, əri ilə gecə saat 1 radələrində evinin yaxınlığında pulemyot atəşi eşidəndə nəsə baş verdiyini anlayıb. Yaraqlılar evə girəndə onlar yatağın arxasında yerdə gizlənməyə çalışıblar.

"O vaxtlar, olduğumuz otağa girə biləcəklərini düşünmürdüm, çünki təxminən 30 və ya 50 mühafizəçimiz var idi. Ancaq buna onlar nail ola biliblər. Səbəbini hələ də Haiti səlahiyyətliləri izah edə bilmirlər. Prezident təhlükəsizlik xidmətinin rəhbəri Dimitri Gerard və sarayın təhlükəsizlik koordinatoru Jean Lagueel Sivil daxil olmaqla ən azı iki yüksək səviyyəli təhlükəsizlik rəisi həbsdədir. O, uzandığı yerdən yalnız müdaxilə edənlərin ayaqqabılarını görə bildiyini söyləyir. Onun hesablamalarına görə, təxminən on ispan dilli kişi nəsə axtarmaq üçün otağa girib.

Otağa bir şey tapmaq üçün gəlmişdilər, çünki dediklərini eşitdim:

“No es eso, no es eso - eso es” (İspan dilində “Bu, o deyil, o deyil, odur”). Bu, o deməkdir ki, axtardıqlarını tapdılar.

Yalnız sonra prezidentin yerdə uzandığını görüb telefonla zəng etdilər”, deyə o xatırladıb.

"O vaxt sağ idi. Uzun boylu, arıq və qaradərili olduqlarını dedilər və bəlkə də həmin şəxs telefonla atıcıya onun olduğunu təsdiqlədi. Sonra güllələdilər”, deyə xanım əlavə edib.
Müstəntiqlərin ilkin hesabatına görə, ərinə 12 güllə vurulüb. Üzündə, bədənində, ayaqlarında və qollarında güllə deşikləri tapılıb.

Təcavüzkarlar heç vaxt prezidentlə birbaşa danışmayıblar və həyat yoldaşının dediyinə görə, cənab Mois ölməzdən əvvəl onlara heç nə deməyib.

"Prezidentə güllə atan kimi düşündüm ki, “ikimiz üçün də bitdi ". Və gözlərimi yumdum, başqa heç nə düşünmürdüm. Düşündüm: “Bitdi. Bu, bizim son günümüzdür”. Ancaq qatillər daha çox qan tökmədən gediblər. Xanım hesab edir ki, onlar onun ölü olduğunu düşünüblər.

Hücumdan sonra da Haitinin ilk ailəsini qoruyan mühafizəçilər hadisə yerinə gəlməyiblər. 

Martinanın dediyinə görə, onu qana batmış yataq otağında qulluqçu tapıb. O, qulluqçudan qanını “jqut” kimi dayandırmaq üçün ərinin qalstuklarından birini istəyib.

Nəhayət, Milli Polisdən bir qrup onu aparmaq üçün gəlib, əvvəlcə çətinliklə xatırladığı yerli xəstəxanaya, sonra isə uşaqları ilə birlikdə Mayami xəstəxanasına aparıblar. Səhər qaranlıqda evdən çıxanda Mois binada normal mühafizəçilərdən heç birinin olmamasına məəttəl qalıb. Dediyinə görə, evdə ümumiyyətlə onlarla mühafizəçi var və qaldıqları yer növbələrini tez dəyişmək üçün evin zirzəmisində yerləşir.

"Mühafizəçilər əmr almadan getməzdilər. Məncə, getmək əmrini alıblar. Bunun necə ola biləcəyi haqda çox düşündüm”.

"28  qatilə qarşı 50 gözətçimiz vardı ... İnanıram ki, prezident təhlükəsizlik qrupunun gələcəyi ümidi ilə öldü".

Haiti səlahiyyətliləri təcavüzkarların əsas giriş qapısını sındıraraq binaya, ordan da prezidentin yataq otağına gəldikləri zaman heç bir təhlükəsizlik işçisi xəsarət almadığını bildirmişdilər.

Haitinin polis rəisi Leon Çarlzın sözlərinə görə, ən azı 24 polis məmuru istintaq altındadır, 12 nəfər tutulub, dörd nəfər isə hücumu təşkil etməkdə şübhəli bilinən bir qrup Kolumbiyalı muzdlu ilə əlaqədə günahlandırılıb.

Hal-hazırda 18 kolumbiyalı və ən azı üç ABŞ vətəndaşı da daxil olmaqla 44 nəfər həbsdədir.
Xanım Mois əsl cinayətkarların hələ də azadlıqda olduğuna inanır. 

“Həbs etdikləri insanlar tətiyi çəkən insanlardır. Sifariş olmadan tətiyi çəkməzlər. Əsas personajlar bunun üçün pul ödəyənlər və əmri verənlərdir".

O, yerli hakimiyyət orqanlarının həqiqəti açmağa qadir olduğuna əmin deyil. 

Martinanın sözlərinə görə, Haiti xalqı müstəqil araşdırma aparmalıdır. Bəlkə də nə vaxtsa bu cinayət işi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə göndəriləcək. Onun fikrincə, bu oyunda bacarıqsızlıqdan daha çox mənfur qüvvələr var.

“Haitidə olan nüfuzlu insanlara görə hazırkı araşdırmanın nəticə verəcəyinə əmin deyiləm”, deyə o, müsahibəsinə yekun vurub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin