Bəstəkar-müğənni, Sivva səhnə adı ilə fəaliyyət göstərən, Sevinc Ağasıyeva 2 avqust “Milli Kino Günü”nə həsr etdiyi yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, xanım sənətçi bu dəfə bir vaxtlar kifayət qədər məşhur olan “Bəyaz həyat” serialının musiqisinə yeni nəfəs verib.
İfaçının yeni duet ortağı isə 3 yaşında olarkən həmin serialda rol alan qızı Emiliya olub.(Emmy Lia)
Sivva həmçininin mahnının yeni klipini də təqdim edib. Layihənin ən maraqlı tərəfi isə klipdə 2003-cü ildə rejissor Rahim Sadıqbəyli tərəfindən lentə alınan “Bəyaz həyat”dakı aktyorların - Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Vəfa Zeynalova, Anar Heybətov, Mələk Abbaszadə, Kamal Dəniz, rejissor Aqil M.Quliyev, aktyorlar Əhməd Salahov, Naina İbrahimova və Samir Ələsgərov 18 ildən sonra yenidən bir araya gəlməsi olub.
Qeyd edək ki, adı çəkilən filmin ana xətti sevgi üzərində qurulmasına baxmayaraq, serialda o dövrdə narkotik vasitələrdən istifadəsinin zərərli və təhlükəli tərəfləri də nümayiş olunub.
Bu mənada yeni klipi ərsəyə gətirən yaradıcı heyət həm də son günlər cəmiyyətdə aktual olan, xüsusi ilə yeniyetmə və gənclər arasında sürətlə yayılan zərərli vərdişlər mövzusuna da diqqət çəkib. Təsadüfi deyil ki, klipdə əsas şüar da məhz “Əsl “Bəyaz həyat”ı sevgidə axtar, narkomaniyada yox!” sözləri olub.
Sözügedən klipi təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
19:15 / 02.08.2021
Aqil M. Quliyev narkotiklərə niyə “yox” dedi? - VİDEO
Hazırda oxunan: Aqil M. Quliyev narkotiklərə niyə “yox” dedi? - VİDEO
Hazırda oxunan: Aqil M. Quliyev narkotiklərə niyə “yox” dedi? - VİDEO
30907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.