Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda yeni yanğın ocaqlarının meydana çıxması insanların səbrini tükəndirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “İhlas Haber Ajansı” (İHA) yayıb.
Mənbə yazır ki, sadə vətəndaşlar yanğınların qəsdən törədildiyi iddialarından şübhələnərək meşə massivlərində silahla keşik çəkirlər.
Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ölkə ərazisində iyulun 28-dən bu günədək meydana gələn 125 yanğın hadisəsindən 117-sinin tamamilə söndürüldüyünü və ya nəzarət altına alındığını qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:20 / 02.08.2021
Türkiyədə vətəndaşlar meşələrdə silahla keşik çəkir - VİDEO
Hazırda oxunan: Türkiyədə vətəndaşlar meşələrdə silahla keşik çəkir - VİDEO
Hazırda oxunan: Türkiyədə vətəndaşlar meşələrdə silahla keşik çəkir - VİDEO
30844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.