Lukaşenkodan Azərbaycan səfirinə: "Əhsən sizə, Qərb dövlətlərinin təzyiqi altına düşmədiniz” - VİDEO 

Hazırda oxunan: Lukaşenkodan Azərbaycan səfirinə: "Əhsən sizə, Qərb dövlətlərinin təzyiqi altına düşmədiniz” - VİDEO 

29962

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanla münasibətlərini  yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu haqda o, iyulun 26-da Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə bildirib. 

BelTA agentliyi yazır ki, dövlət başçısı L.Qəndilovun Belarusdakı diplomatik missiyasının başa çatdığına görə təəssüfləndiyini deyib və onun gedişindən sonra da Azərbaycanla yaxşı münasibətlər saxlayacağını əlavə edib:

“Çünki biz müxtəlif sahələrdə yüksək səviyyədə qarşılıqlı fəaliyyətə nail olmuşuq”. 

“Əhsən sizə, Belarusa karbohidrogen tədarükünə görə təşəkkür edirəm. Qərb dövlətlərinin təzyiqləri altına düşmədiniz, sözünüzü yerinə yetirirsiniz. Razılaşdığımız kimi hərəkət edirsiniz. Bizə güvənə bilərsiniz, bu yaxınlarda Azərbaycana səfərim zamanı əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq”, deyə o, qeyd edib. 

Prezident Azərbaycanın mövqeyini və Dağlıq Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib: 

“Əsasən Azərbaycanın və prezidentinizin mövqeyi sayəsində oradakı vəziyyəti sabitləşdirməyə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, barışa gedən yol yeni başlayıb. Kaş ki, qısa müddətli olaydı. Buna çox inanırıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin