“Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Heç kim bizi dayandıra bilməz" – Prezidentdən qəti MESAJ - VİDEO
Dövlət başçısının rəsmi tvitter səhifəsində yerləşdirilən müsahibədə Prezident bildirib ki, vəsaitdən çox ehtiyatla istifadə edilir, israfçılığa, lazım olmayan xərclərə yol verilmir:
“Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.
Bizim.Media