Görkəmli kinorejissor Ayaz Salayev və erməni jurnalist İda Martirosyanın canlı debatı olub.
Bizim.Media xəbər verir ki, "YouTube" kanallarının birində canlı debata çıxan Ayaz Salayev və İda Martirosyan arasında maraqlı sual-cavablar yaşanıb.
Ayaz Salayevin ilk sualı belə olub ki, 1987-ci ildən sonra bütün bu düşmənçilik niyə yarandı, ermənilər niyə azərbaycanlılarla birgə yaşamaq istəmədilər? Ermənilər Əsgəranda azərbaycanlını qətlə yetirdilər, Sumqayıt hadisələri niyə baş verdi?
MÖVZU İLƏ BAĞLI:
Ayaz Salayevin Bakı ermənisini pərt etdiyi anlar - VİDEO
İda Martirosyan həmin vaxt Bakıda yaşadığını və "Sumqayıt Kommunist" qəzetində işlədiyini deyərək İrəvandakı mitinqlərdə iştirak etmədiyini vurğuladı.
Ona görə də məlumatsızlığına eyham vurdu. Erməni jurnalist təəssüflə qeyd etdi ki, bu gün və yaxın gələcəkdə bu düşmənçiliyin qarşısını almaq olmayacaq.
Həmin videonu təqdim edirik:
Bizim.Media