Avstriyalı kişi türk cütlüyü Salzburqda su basan evdən xilas edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi “Twitter”də yazıb.
Mənbə bildirir ki, ər-arvad - Salih və Aişə Karaaslan evlərinə su dolanda köməksiz qalıblar.
Qonşuda yaşayan avstriyalı Aleksandr Aysenman tərəddüd etmədən onların köməyinə qaçıb və cütlüyü ölümün ağuşundan xilas edib.
Qeyd edək ki, Almaniyanın qərb hissəsi, Belçika, Niderland, Lüksemburq, Çex Respublikası, Avstriya leysan yağışına tutulub. Bir çox şəhərdə küçələr su altında qalıb, evlər və infrastruktur dağıdılıb, onlarla insan ölüb, yüzlərlə insan itkin düşüb.
Bizim.Media
Австриец спас турецкую супружескую пару из затопленного дома в Зальцбурге
— ANADOLU AGENCY (RU) (@aa_russian) July 20, 2021
Айше и Салих Карааслан оказались в беспомощном положении, когда наводнение настигло их дом
От верной гибели супругов спас сосед – австриец Александр Айзенман, который нераздумывая бросился к ним на помощь pic.twitter.com/5Kw21vhg9V