Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin bir ayağını kəsdiyinə dair yayılan iddialar əsassızdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev səsləndirib.
Onun sözlərinə görə, aparılan ilkin araşdırmalar zamanı kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb:
“Həmin pişiyin bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirildiyi və o gündən həmin pişiyə orada xüsusi qulluq olunduğu məlum olub.
Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb”.
Xatırladaq ki, hadisənin baş verdiyi kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb.
***
Sosial şəbəkələrdə insanı dəhşətə gətirən bir video yayılıb.
Bizim.Media xəbər verir ki, videoda qəssab tərəfindən ayağı kəsilən pişik görsənir.
Pişiyin sahibi “Baxın, baxın, pişik ət yediyinə görə ayağı kəsilib. Belə şərəfsizlik olarmı?” sualını verib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:54 / 18.07.2021
Ayağı kəsilən pişiklə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Hazırda oxunan: Ayağı kəsilən pişiklə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Hazırda oxunan: Ayağı kəsilən pişiklə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB - VİDEO
28967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.