Türkiyəli reper Ezhel ona hədiyyə olunan yeni gitarasında “Dolya vorovskaya” mahnısını ifa edib.
Bizim.Media xəbər verir ki, bu barədə o özünün instaqram səhifəsində paylaşım edib.
Xatırladaq ki, məşhur reper dəfələrlə Azərbaycanın tanınmış gitara ustası, mərhum Rafiq Hüseynovun (Rəmiş) sənətinin vurğunu olduğunu bildirib.
Rəmişi ilk dəfə yutubda izlədiyini və bundan sonra gitaraya heyran olduğunu yazmışdı. O, Xalq artistinin ölümü ilə bağlı sosial media səhifəsində Rəmişin ifasında məhz “Dolya vorovskaya” mahnısını paylaşımışdı.
Bizim.Media