Son 10 ildə xarici universitetlərə böyük axının olduğunu nəzərə alsaq, ölkə ərazisində təhsilin və təhsilə olan marağın artığını müşahidə etmək heç də çətin deyil. Bu sahədə xüsusi olaraq ADA Universitetinin adı vurğulanır. Universitet hər il öz əhatə dairəsini, perspüktivlərini artırmaqla tələbələrdə sağlam rəqabət hissini aşılayır.
İldən-ilə təhsil imkanlarını genişləndirən Universitet, bu il daha bir yeniliyə imza atıb. Belə ki, bu ildən Universitetdə yeni Riyaziyyat, Maliyyə, eləcə Komunikasiya və Rəqəmsal media ixtisasları təqdim edilib.
Bu, təhsil ocağında təhsil alan tələbələrə daha geniş inkişaf imkanı verəcək.
ADA Universitetini həm də o biri təhsil ocaqlarından fərqləndirən odur ki, tələbələrə burada bilik verilməklə yanaşı, onların müxtəlif sosial layihələrdə iştirakları da təmin olunur. Bunun sayəsində onlar öz liderlik, komunikasiya və s. xüsusiyyətlərini də inkişaf etdirmək şansını qazanırlar.
Məktəb illərindən xaricdə təhsil almaq arzusu olan Universitetinin Beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Bəxtiyar Salmanov bidirir ki, məhz buna görə də onun seçimi ADA olub. O, qeyd edib ki, Universitetdə bunun üçün böyük potensial var. Belə ki, əgər bir tələbənin qiymət ortalaması yaxşı səviyyədə olarsa, o, 2-3-cü kursdan etibarən bir semestr ərzində xarici təhsil ocaqlarında təqaüdlü təhsil alma imkanı qazana bilir.
Gəlin, Bəxtiyar Salmanovun uğur hekayəsini, niyə məhz seçiminin ADA olmasını öz dilindən eşidək!
ADA haqqında bir gəncin manifestindən ibarət video materialı təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
17:27 / 13.07.2021
Bizim MANİFEST - Abituriyentlər niyə ADA-nı seçməlidirlər? – VİDEO FAKT
Hazırda oxunan: Bizim MANİFEST - Abituriyentlər niyə ADA-nı seçməlidirlər? – VİDEO FAKT
Hazırda oxunan: Bizim MANİFEST - Abituriyentlər niyə ADA-nı seçməlidirlər? – VİDEO FAKT
28462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.