Məktəb direktorunun CÜYÜR KABABI – Lovğalığı “KPZ”-yə apardı - VİDEO

Hazırda oxunan: Məktəb direktorunun CÜYÜR KABABI – Lovğalığı “KPZ”-yə apardı - VİDEO

28413

Sosial şəbəkələrdə Laçın rayonunun Şamkənd kəndində cüyür ovlayanlardan birinin kimliyi bəlli olub.  

Bizim.Media xəbər verir ki, şəxslərdən birinin Laçın rayon sakini Xurşudov Aqil Qasım oğlu olduğu bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında iki nəfər ovu qadağan edilmiş heyvanı kəsib, kabab çəkdi - VİDEO


Laçın rayon İcra hakimiyyətinin dərc etdiyi siyahıya görə, o, 2019-2020-cu tədris illərində Oğuz rayonu Kərimli tam orta məktəbinin direktoru olub. 

Digər Vüqar adlı şəxsin kimliyi polis əməkdaşları tərəfindən araşdırılır. Yayılan məlumata görə, ov edən şəxslər israrla ovun onların etmədiklərini bildiriblər.

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlara səfər edən şəxslər, Azərbaycanda ovu qadağan edilən cüyür ovlamaları haqqında çəkilən videogörüntülər sosial şəbəkələrdə paylaşdıqdan sonra polis əməkdaşları hərəkətə keçiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata açıqlamasında bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Xatırladaq ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanması qadağandır.

Vüsalə Balayeva, Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin