Bakıda gecə klubunda İNSİDENT: Bıçaq çəkib pullarını aldılar - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda gecə klubunda İNSİDENT: Bıçaq çəkib pullarını aldılar - FOTO/VİDEO

272419

Bakının Səbail rayonunda bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərinin birində qonaq qismində olan 2 nəfəri kəsici-deşici alətlə hədələyərək onların 800 manatını ələ keçirib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar.
 

Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talama yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib.


Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin