Ləzədə palçıq SELİ – Kəndin yolu BAĞLANDI - VİDEO

Hazırda oxunan: Ləzədə palçıq SELİ – Kəndin yolu BAĞLANDI - VİDEO

272231

Qusarın Ləzə kəndində 32 il sonra yenidən palçıq püskürməsi baş verib. Güclü palçıq püskürməsi kənddə fövqəladə vəziyyət yaradıb. Qızılqaya dağ massivindən axıb gələn lil və palçıq qatı kəndi iki hissəyə bölüb.

Sürətlə gələn palçıq kəndin təzə məhəlləsinə gedən yolu tam bağlayıb. Nəticədə sakinlərin kəndin digər hissəsi və rayon mərkəzi ilə əlaqəsi kəsilib.
 

Hazırda çayın məcrasına dolan palçıq axını davam edir. Xüsusilə kəndin aşağı hissəsində yerləşən 12 ev ciddi təhlükə altındadır. Hər an palçıq kütləsi bu evləri bürüyə bilər. 


Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin