ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə hələ də etibar edib-etməməsi ilə bağlı suala bir ay ərzində cavab verəcək.
Bizim.Media xəbər verir ki, o, bu fikri BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Jurnalistin “Siz hələ də Putinə etibar edə bilərsinizmi?” sualına Tramp belə cavab verib:
“Cavabı təxminən bir ay ərzində sizə bildirəcəyəm”.
Trampın mövqeyi və Rusiya ilə danışıqlar
ABŞ prezidenti yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Ukrayna müharibəsini dayandırmağa çalışdığını dəfələrlə bəyan edib. O bildirib ki, 2020-ci ildə seçkilərdə Co Baydenə uduzmayıb, hakimiyyətdə qalsaydı, bu müharibə başlamazdı.
Tramp 2025-ci ilin əvvəlindən Putinə bir neçə dəfə zəng edib, avqust ayında isə Alyaskada onunla görüş keçirib.
23 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Tramp deyib ki, öz dövründə bir çox münaqişələri dayandıra bilib – o cümlədən Azərbaycanla Ermənistan, Tailandla Kamboca, İsraillə İran, Hindistanla Pakistan, Misir və Efiopiya arasında. Onun sözlərinə görə, Ukrayna münaqişəsi ən asan həll ediləcək münaqişə olmalı idi, çünki Putinlə münasibətləri “həmişə yaxşı” olub.
“Düşünürdüm ki, bu, bütün müharibələrin içində ən asanı olacaq. Amma bilirsiniz, müharibədə nə baş verəcəyini heç vaxt əvvəlcədən bilmirsən. Həm yaxşı, həm də pis çoxlu sürprizlər ola bilər”, – deyə Tramp əlavə edib.
Trampın Putinə münasibəti
Tramp bir neçə dəfə Rusiya prezidentindən məyus olduğunu bəyan edib. O, sentyabrın ortalarında, Alyaska sammitindən bir ay sonra, Putinlə danışıqları səhv hesab etmədiyini bildirsə də, əvvəlki bəyanatlarında dəfələrlə onunla bağlı narazılığını dilə gətirib. “Çox məyus olmuşam. Nə baş verəcəyinə baxaq. Amma mən çox məyusam, bunu deyə bilərəm”, – deyə Tramp vurğulayıb.
Kremlin reaksiyası
Kreml isə bildirir ki, Putin Tramp ilə konstruktiv münasibətləri və Ukrayna məsələsi də daxil olmaqla ən kəskin problemləri müzakirə imkanını yüksək qiymətləndirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ-ın mövqeyi balanslıdır və bu da Moskva ilə Kiyev arasında həll yolları axtarışına kömək edir.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
09:28 / 24.09.2025
“Putinə etibar edə bilərsinizmi?” sualına Trampın MÜƏMMALI CAVABI – VİDEO
Hazırda oxunan: “Putinə etibar edə bilərsinizmi?” sualına Trampın MÜƏMMALI CAVABI – VİDEO
Hazırda oxunan: “Putinə etibar edə bilərsinizmi?” sualına Trampın MÜƏMMALI CAVABI – VİDEO
272112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.