“Qəzzada baş verənlər insanlığa ləkədir. Hər şey gözümüzün önündə olur. Soyqırımı dünya mediası və sosial media vasitəsilə yayılır. Qəzzada insanlara yardım üçün qaçan 500 nəfər öldürülüb. Bunların 326-sı BMT təmsilçisidir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı söyləyib.
O bildirib ki, insanlıq tarixi son bir əsrdə belə vəhşilik görməyib:
“Qəzzada müharibə yoxdur, burada iki tərəfdən söhbət gedə bilməz. Bir tərəfdə bioloji silahlarla silahlanmış ordu, digər tərəfdə məsum insanlar, uşaqlardır. Bu, terrorla mübarizə deyil”.
Ərdoğanın sözlərinə görə, Qəzzada atəşkəs tez bir zamanda bərpa olmalı, hücumlar dayandırılmalı və humanitar yardımın çatdırılması təmin edilməlidir.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
22:51 / 23.09.2025
Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO
272066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.